Yeniyetmə cüdoçular arasında keçirilən regional birinciliyə yekun vurulub

  • 17 Oktyabr 2017, 09:33

Şirvan şəhərində yeniyetmə cüdoçular arasında Cənub regional birinciliyinə yekun vurulub. Sportlife.az xəbər verir ki, yarışda Masallı, Səlyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.


Birinciliyin ikinci günü 2001-2003-cü il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Şirvan cüdoçuları daha yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.

İkinci yeri İmişli komandası tutub. Masallı cüdoçuları isə üçüncü olublar. Qaliblərə ACF-nin diplomları və medallar təqdim olunub.


Paylaş: