Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Fevral 2018, 13:39
59
Azərbaycan Formula-1 yarışlarına nə qədər pul xərcləyib?

 Formula-1 yarışlarına Azərbaycanın nə qədər pul xərclədiyini açıqlanıb.

Sportlife.az xəbər verir ki, Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan paytaxtımızda keçirilən Qran Prinin keçirilməsi üçün sərf olunan ümumi xərcin 80 faizini ödəyir.

Onun sözlərinə görə, mərhələ yarışları zamanı turistlərin sayı 30 faiz artır. "Əsas gəlir bilet satışından əldə olunur.

Bizim reklam üçün nəzərdə tutulan yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik. Bütün hüquqlar "Formula 1" rəhbərliyinə aiddir", - deyə nazir bildirib.

Nazir deyib ki, ötən illə müqayaisədə bilet satışı da 30 faiz artıb. Bu il Azərbaycanın Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK