Azərbaycanlı müğənni: Real azarkeşi idim, indi Barselonalıyam - VİDEO+FOTO

Azərbaycanlı müğənni: Real azarkeşi idim, indi Barselonalıyam - VİDEO+FOTO

  • 20 Fevral 2018, 08:00

"Səmimi etiraf edəcəm, düz 1 həftədir ki, məşqlərə başlamışam. Təxminən 5 aydı məşq etmirdim.

Amma 7-8 ilə yaxın fitneslə məşğul olmuşam. Sadəcə, 5 ay tənbəllik edirdim. Hazırda da onun əziyyətini çəkirəm. Bir ara çox kökəlmişdim".

Sportlife.az xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində müğənni Günay İbrahimli deyib.

İfaçı məşq prosesi ilə bağlı danışıb: "Məşqçim Səbinə xanım dedi ki, hələlik 3 dəfə gəlməliyəm. Bir aydan sonra həftədə 4 dəfə, sonra çalışıb hər gün məşqə gəlməliyəm. Əslində, mən idmana axşamlar gəlməyi sevmirəm.

Ancaq səhərlər məşq edirəm. Səhərlər idmana gəlməyin bir şeyi yaxşıdır ki, günü necə başlayırsansa, elə də bitir. Səhərlər əziyyət çəkirəm. Zaldan çıxandan sonra yemək yeməyə çəkinirəm. Çünki idmanda əziyyət çəkirəm".

Günay idmana başlayandan pəhriz saxlamadığını bildirib: "Bu günə qədər pəhriz saxlamamışam. Hələlik mənə həvəs gəlib, yeməklərimə diqqət eləyirəm. Ümumiyyətlə, insan gərək yeməməyi bacarsın. Çalışıram ki, yağlı yeməklərdən az yeyim.

Çörəyi də azaltmışam. Demək olar, 2 gündür çörək yemirəm. Hər gün soyutma toyuq, qarabaşaq yarması bişirirəm. Arada kartof qızartması da yeyirəm (gülür). Bilirəm ki, qızartma olmaz, kaloridi. Amma biz bütün günü hərəkətdə oluruq, yoruluruq. Ona görə də qidalanmalıyıq".

İfaçı futbolla maraqlandığını bildirib: "İdmanın hər növünə marağım var. Amma futbolu izləməyi sevirəm. Xoşum gəlir ki, kollektiv formada futbola baxaq. Voleybolu da sevirəm.

İllər öncə voleybolla, tennislə də məşğul olmuşam. Amma hazırda yalnız fitneslə məşğul oluram. Çünki idman sağlamlıqdır. Hər zaman "Real" azarkeşi olmuşam. Amma son vaxtlar "Barselona” tərəfə  keçmişəm (gülür).

 

 


Paylaş: