Qubada alpinistlər itkin düşüb – FHN helikopter göndərdi

Qubada alpinistlər itkin düşüb – FHN helikopter göndərdi

  • 27 Dekabr 2017, 14:08

Qubada üç alpinist itkin düşüb. Sportlife.az xəbər verir ki, Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadə iki gündü Xınalıq ərazisində yoxa çıxıblar.

İtən alpinistlər “Gilavar-Air & Extreme Sports Club”un üzvləridi. İdmançıların yaxınları bildiriblər ki, onlar Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Artıq Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş üç alpinistin axtarışına başlayıb. Nazirlikdən bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan üç nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib.

Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

 


Paylaş: