Pərviz Abdullayev Mersindən qələbə ilə dönür

Pərviz Abdullayev Mersindən qələbə ilə dönür

  • 19 Yanvar 2018, 20:44

“Qəbələ” İdman Klubunun döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb. Sportlife.az xəbər verir ki, idmançımız bu dəfə Türkiyədə uğur əldə edib.

O, Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən Abdullayev Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb. Pərviz bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.


Paylaş: