Zabit Səmədovun bu sözləri bütün ZALI AYAĞA QALDIRDI

Zabit Səmədovun bu sözləri bütün ZALI AYAĞA QALDIRDI

  • 29 Yanvar 2018, 15:32

 "Mauqli" ləqəbli idmançımız Zabit Səmədov növbəti döyüşünü keçirəcək. 
 
Sportlife.az baku.ws-ə istinadən xəbər verir ki, Britaniyadan olan kikboksçu James McSweeney İzmirdə Beynəlxalq Mix Fight Çempionatında K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş Zabitə  meydan oxuyub.
 
  Zabit Səmədovun ona verdiyi cavab isə bütün zalı ayağa qaldırıb. Zabit "Azərbaycan-Türkiyə - iki dövlət bir millət" şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı "Bu şəxsin kim olduğunu bilmirəm amma, qarşılaşmanı çox pis vəziyyətdə məğlub olacaq" deyib. Əsgərlərə də səbr və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb. 
 
Qeyd edək ki, Zabit Səmədov James McSweeneyin çağırışına cavab verib və aprel ayında Almaniyada görüş olacağı planlaşdırılır.  

 


Paylaş: