14 Sentyabr 2017, 09:00
120
2024 ve 2028-ci illerde olimpiadaya bu seherler ev sahibliyi edecekler, 2024 ve 2028-ci illerde Yay Olimpiya Oyunlarina ev sahibliyi edecek seherlerin adlarini aciqlayib. Sportlife.az xeber verir ki, bu haqda BOK-ın Limada

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, bu haqda qərar BOK-ın Limada keçirilən növbəti sessiyasında verilib.

Qərara əsasən, 2024-cü ildə olimpiadaya Paris, 4 il sonra isə Los-Anceles ev sahibliyi edəcək.

Qeyd edək ki, hər iki şəhər buna qədər 2 dəfə Olimpiya Oyunlarını qəbul edib. Parisdə olimpiada 1900 və 1924, Los-Ancelesdə isə 1932 və 1984-cü illərdə keçirilib.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK