Antonio Konte iddialara sert sekilde cavab verdi, chelsea

Antonio Konte iddialara sərt şəkildə cavab verdi

  • 19 Dekabr 2017, 00:48

"Çelsi"nin baş məşqçisi Antonio Konte demək olar hər həftə mətbuatda yer alan, ayrılacağı barədə iddialara cavab verib. Sportlife.az xəbər verir ki, italyan mütəxəssis bu cür əsassız xəbərlərin komandaya mənfi təsir göstərdiyini deyib:
 
"Hər gün komandadakı gələcəyimlə bağlı boş iddialar yazılır. Bu xəbərlər doğru deyil. İki mövsümdə etdiklərimə görə biraz daha artıq hörmətə layiqəm. Hər həftə qəzetlərdə, "klub gələn mövsüm üçün bu və ya digər məşqçi ilə görüşür" - kimi iddiaları oxumaq mənim üçün problem deyil. Ancaq oyunçuları inandıra biləcəyi üçün problem yaradır. Futbolda hər kəs birlir ki, işini yaxşı görən insan üçün səbirlə gözləməli olacağınız zamanlar olacaq. Müqaviləmdə daha bir ilim var. Fikrimi tamamiylə oyunçuları, komandanı və klubu inkişaf etdirməyə cəmləmişəm".
 
Xatırladaq ki, Antonio Konte rəhbərliyində ötən mövsüm çempion olan "Çelsi" cari mövsümdə arxada qalan 18 turdan sonra lider "Mançester Siti"dən 14 xal geridə, 38 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Paylaş: