Arda Fatih Terim barede ne dedi?, galatasaray

Arda Fatih Terim barədə nə dedi?

  • 22 Dekabr 2017, 22:15

Məlum olduğu kimi "Qalatasaray"da baş məşqçi postuna Fatih Terim gətirilib. Sportlife.az xəbər verir ki, bu təyinatdan sonra insanları ən çox maraqlandıran məsələlərdən biri adı tez-tez "sarı-qırmızı"lılarla hallanan Arda Turanın reaksiyası idi.
 
Terimlə ciddi problem yaşayan təcrübəli ulduz futbolçunun dostu, sabiq oyunçu Sedat Yeşilkaya məsələyə aydınlıq gətirib. Çetinkaya, "twitter" hesabından yayımladığı açıqlamada, "Siz hələ Arda Turan barədə yazıb-pozsanız da kapitan 3-4 gün əvvəl, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimdir və indi təkrar gəlməlidir" - dedi" - deyib.
 
Qeyd edək ki, bu təyinatdan sonra Fatih Terimlə milli komanda dövründən problem yaşayan Ardanın "Qalatasaray"a keçmə ehtimalının qalmadığı bildirilir.

Paylaş: