14 Noyabr 2017, 04:00
707
Arda Turan transferinde surpriz aciglama, Barcelona...
Ötən yaydan bəri "Barselona"nın türk ulduzu Arda Turanın adı sabiq klubu "Qalatasaray"la hallanırdı. Sportlife.az xəbər verir ki, mətbuatda demək olar hər həftə 30 yaşlı yarımmüdafiəçinin "sarı-qırmızı"lılara icarə əsasında keçəcəyi barədə yeni bir xəbər dərc olunurdu.
 
Ancaq Ardanın meneceri Ahmet Bulutun son açıqlaması bütün gözləntiləri alt-üst edib. Bulut, qəti şəkildə ulduz futbolçunun "Qalatasaray"a qayıtmayacağını deyib. Ardanın sərbəst qalma dəyərinin 40 milyon avro olduğunu xatırladan menecer onun ümumiyyətlə Türkiyəyə qayıtma ehtimalının olmadığını bildirib. Ancaq əgər qış transfer pəncərəsində Avropadan təklif gələrsə əvvəlcə "Barselona" ilə danışıqlar aparıldıqdan sonra qərar veriləcək.
 
Xatırladaq ki, heç cürə baş məşqçi Ernesto Valverdenin inamını qazana bilməyən Arda Turan bu mövsüm "Barselona" forması ilə hələ ki, rəsmi matçda iştirak etməyib.
BÜTÜN XƏBƏRLƏR
ARXİV