14 Noyabr 2017, 23:33
345
Arsenal Mesut Ozilin deyerini mueyyenlesdirdi, Alman
Bildiyiniz kimi "Arsenal"ın türk əsilli alman üzvü Məsut Özil mövsümün sonunda "topçular"dan ayrılacaq. Sportlife.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi başa çatacaq.
 
Özilin adı indidən bir çox klubun transfer siyahısında birinci yazılıb. Bunlardan bəziləri ulduz futbolçu ilə razılaşıb mövsümün sonunu gözləməyi planlaşdırdığı halda bəziləri elə yanvarda transfer etmək niyyətindədi. "Arsenal" da Özili qış fasiləsində satmağa müsbət baxır. Hətta onun transfer dəyərini də müəyyənləşdirib.
 
Bu barədə "Daily Star" məlumat yayıb. Nəşrin iddiasına görə Məsud Özili qış transfer pəncərəsində heyətinə qatmaq istəyən klublar Premyer Liqa nəhənginə 30 milyon funt-sterlinq ödəməli olacaq. Qəzet eyni zamanda Özilin transferi üçün ən real namizədin "Mançester Yunayted" olduğunu da qeyd edib.
 
Xatırladaq ki, Məsut Özil bu mövsüm "Arsenal" forması ilə hələ ki, 9 rəsmi matçda meydana çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
BÜTÜN XƏBƏRLƏR
ARXİV