Atletiko Barselonani FİFA-ya sikayet etdi, Madrid

Atletiko Barselonanı FİFA-ya şikayət etdi

  • 19 Dekabr 2017, 23:33

Madrid "Atletiko"su bu dəfə "Barselona" ilə yaşıl meydandan kənarda üz-üzə gəlib. Sportlife.az xəbər verir ki, Madrid təmsilçisi "katolon klubu"nu İFA-ya şikayət edib.
 
Buna "Barselona"nın fransız futbolçu Antuan Qrizmanla gizli transfer danışıqları aparması səbəb olub. Bildiyiniz kimi, 26 yaşlı hücumçu Avropanın bir çox nəhəng klubunun bir nömrəli transfer hədəfidi. Ancaq "Barselona" daha da irəli gedərək ulduz futbolçu ilə gizli danışıqlara başlayıb. Prezident Bartomeu iki gün əvvəl Qrizmanın ailəsi ilə restoranda görüşüb.
 
Məsələdən xəbər tutan "Atletiko" rəhbərliyi də müqaviləsi olan futbolçu ilə klubundan icazəsiz transfer danışıqları apardığı üçün "Barselona"nı FİFA-ya şikayət edib.

Paylaş: