Aykut Kocamandan iddiali aciglama, fenerbahce

Aykut Kocamandan iddialı açıqlama

  • 19 Dekabr 2017, 21:06

"Fənərbağça" dünən Superliqanın 16-cı turu çərçivəsində qarşılaşdığı "Karabükspor"u iki cavabsız qolla məğlub edib. Sportlife.az xəbər verir ki, bu qələbə ilə "sarı-lacivərt"lilər turnir cədvəlində ikinci pillədə yüksəlib və liderlə xal fərqini də minimuma endirib.
 
Oyundan sonra baş məşqçi Aykut Kocaman iddialı açıqlama verib. Təcrübəli mütəxəssis tək hədəflərinin çempionluq olduğunu deyib:
 
"Fənərbağça" mövsümə çempionluq üçün başlayar. Bunu baş məşqçinin deməsinə ehtiyac yoxdu. Liqanın 7-cisi ilə lider arasında cəmi 5 xal fərq var. Uzun illərdir mən belə bir liqa xatırlamıram. Xüsusiylə ilk hissənin sonlarına doğru. 7 komanda arasında öz sistemini inadla davam etdirən irəli çıxacaq. Biz də çempionluğa 100% namizədik".

Paylaş: