Bas mesgcini gova bilmek ucun gizli agent tutdular, Frans

Baş məşqçini qova bilmək üçün gizli agent tutdular

  • 23 Noyabr 2017, 22:15

Fransanın "Lill" klubu baş məşqçisi Marselo Bielsanı qovmaq üçün maraqlı addım atıb. Sportlife.az xəbər verir ki, Fransa təmsilçisi bu işi həll etmək məqsədi ilə gizli agent tutub.
 
Bu barədə "L'Equipe'" nəşri məlumat yayıb. İddiaya görə klub rəhbərliyi təcrübəli mütəxəssisin müqaviləsini ləğv etmək üçün onun səhvini axtarır. Bunu üçün isə xəfiyyə tutub. Əgər heç bir əsas olmadan müqavilə tək tərəfli ləğv edilərsə klub Bielsaya 2019-cu ilədək ümumilikdə 16 milyon avro ödəməli olacaq.
 
Hazırda 62 yaşlı argentinalı mütəxəssisin müqaviləsi dondurulub. Buna səbəb kimi isə Bielsanın ötən günlərdə icazəsiz Çiliyə getməsi göstərilib.
 
Qey edək ki, Marcelo Bielsa rəhbərliyində uğursuz bir mövsüm keçirən "Lill" liqada arxada qalan 13 turdan sonra, topladığı 12 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Paylaş: