Bavariyaya ulduz futbolcusundan bed xeber: 2 ay, Manuel Noyer siradan...

Bavariyaya ulduz futbolçusundan bəd xəbər: 2 ay

  • 19 Sentyabr 2017, 10:00

"Bavariya" ciddi itki ilə üzləşib. Sportlife.az xəbər verir ki, komandanın təcrübəli üzvü Manuel Noyer sıradan çıxıb.
 
31 yaşlı qapıçı məşq zamanı zədələnib. Onun sol ayaq biləyində sınıq meydana gəlib. Klubdan yayımlanan açıqlamada Noyerin əməliyyat olunacağı bildirilib. Ölkə mətbuatı isə ulduz futbolçunun azı iki ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
 
Xatırladaq ki, Noyer ötən mövsüm, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Madrid "Real"ı ilə matçda da eyni şəkildə zədələnmiş və uzun müddət formasından uzaq qalmışdı.

Paylaş: