14 Noyabr 2017, 22:34
497
Benzema bu futbolcunu Messi ile mugayise etdi, PSG
PSJ-nin fransız üzvü Hatem Ben Arfa çətin günlər keçirir. Sportlife.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Paris təmsilçisi ilə bu mövsüm heç bir rəsmi matçda meydana çıxa bilməyib.
 
Uğursuzluq zolağında olan Ben Arfaya dəstək isə Madrid "Real"ındakı həmyerlisindən gəlib. Kərim Benzema onun Messi ilə müqayisə edib: "Ben Arfanın keyfiyyəti göz qabağındadı. "Niççe"də topla nə qədər fərq yarada bildiyini göstərdi. Məncə Messi səviyyəsində oyunçudu, ancaq doğru seçimlər etmədi. Bu səbəblə uduzdu".
 
Xatırladaq ki, "Niçça"da 34 liqa matçında 17 qolluq performansından sonra PSJ-yə transfer olunan Hatem Ben Arfa ilk mövsümündə cəmi beşi "ilk 11" olmaqla 23 liqa qarşılaşmasında meydana çıxıb və cəmi bir məhsuldar ötürmə edib.
BÜTÜN XƏBƏRLƏR
ARXİV