Besiktas Cenk Tosuna alternativ axtarir, juventus

Beşiktaş Cenk Tosuna alternativ axtarır

  • 25 Noyabr 2017, 09:00

"Beşiktaş"da Cenk Tosun bu mövsüm uğurlu performansı ilə Avropanın nəhəng klublarının diqqətini cəlb edib. Sportlife.az xəbər verir ki, 26 yaşlı hücumçunun yanvarda klubdan ayrılma ehtimalı yüksəkdi.
 
Bunu nəzərə alan klub rəhbərliyi Cenkin alternativlərini axtarmağa başlayıb. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Qəzetin iddiasına görə "ağ-qaralar" Meksikanın "Tiqres" klubunda çıxış edən Jinyak və ya sabiq üzvü Demba Banı heyətinə qatacaq. 31 yaşlı hücumçunun transfer edilməsi planlaşdırılır. Əgər bu baş tutmazsa, Demba Ba yarım mövsüm üçün icarəyə götürülüləcək.
 
Xatırladaq ki, Cenk Tosunun adı tez-tez "Kristal Pelas", "Nyukasl Yunayted" və "Yuventus"la hallanır.

Paylaş: