Besiktas ermeni ulduzu transfer etmek isteyir, manchester united

Beşiktaş erməni ulduzu transfer etmək istəyir

  • 19 Dekabr 2017, 21:56

"Mançester Yunayted"in erməni üzvü Henrix Mixitaryan karyerasını Türkiyədə davam etdirə bilər. Sportlife.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Beşiktaş"ın maraq dairəsinə düşüb.
 
Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Qəzetin iddiasına görə "ağ-qara"lar mövsümün sonunda Anderson Taliskanın ayrılma ehtimalını nəzərə alaraq 23 yaşlı braziliyalı yarımmüdafiəçinin alternativi üçün çalışmalara başlayıb. Bu məqsədlə "qırmızı şeytanlar"dan Mixitaryan gündəmə alınıb.
 
Ancaq ulduz futbolçu üçün danışıqlara başlamağa hazırlaşan "Beşiktaş" kiçik bir problemlə qarşılaşıb. Belə ki, "İnter"in də Mixitaryanı transfer etmək istədiyi bəlli olub. Hətta İtaliya nəhənginin keçidi yekunlaşdırmaq üzrə olduğu bildirilir.

Paylaş: