Besiktas yeni transferini resmən acigladi: Ne vaxt gelir?, domagoy vida

Beşiktaş yeni transferini rəsmən açıqladı: Nə vaxt gəlir?

  • 23 Dekabr 2017, 21:56

"Beşiktaş" qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. Sportlife.az xəbər verir ki, "ağ-qara"lar müdafiə xəttini gücləndirib.
 
Bu istiqamətdə xorvatiyalı Domaqoy Vida heyətə qatılıb. 28 yaşlı müdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb. Bir müddət əvvəl təcrübəli futbolçunun son klubu Kiyev "Dinamo"su ilə müqaviləsi başa çatıb və sərbəst agent statusu alıb. Bu səbəb "Beşiktaş" bu keçid üçün heç bir transfer dəyəri ödəməyib. Vida yanvarın 3-də komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulacaq.
 
Qeyd edək ki, Domaqoy Vida "Everton"un da maraq dairəsində olsa da seçimində "Beşiktaş"a üstünlük verib.
 

Paylaş: