Braziliyali futbolcu Fenerbagcanin planlarini pozdu, Santos

Braziliyalı futbolçu Fənərbağçanın planlarını pozdu

  • 23 Noyabr 2017, 21:06

"Fənərbağça" transferdə uğursuzluqla üzləşib. Sportlife.az xəbər verir ki, "sarı-lacivərt"lilər yaydan bəri heyətinə qatmağa çalışdığı "Santos"un braziliyalı üzvü Lukas Limanın keçidini yekunlaşdıra bilməyib.
 
Bu barədə "Terra Brasil'" nəşri məlumat yayıb. Nəşrin iddiasına görə 27 yaşlı yarımmüdafiəçi İstanbul nəhəngi və Çindən gələn təkliflərə rədd cavabı verib. Təcrübəli futbolçunun müqaviləsi yanvarda başa çatacaq. Onun "Palmeyras"la 5 illik müqavilə imzalayacağı bildirilir.
 
Qeyd edək ki, "Santos" klubu Lukas Limanı heyətdən kənarlaşdırıb. O, klubun bazasında məşqlərə çıxsa da komandaya qoşula bilmədiyi üçün tək çalışır.

Paylaş: