15 Noyabr 2017, 03:01
330
Bu futbolçular Şenol Günəşin qara siyahısına düşdü
"Beşiktaş" liqalara veriləcək qış fasiləsində heyətində müəyyən dəyişikliklər edəcək. Sportlife.az xəbər verir ki, "ağ-qara"lı rəhbərliyin ilk işi bəzi futbolçularla yolları ayırmaq olacaq.
 
Baş məşqçi Şenol Günəş mövsümün ikinci hissəsi üçün planlarına daxil etmədiyi dörd futbolçunun adını rəhbərliyə verib. Həmin "qara siyahı"ya bu oyunçuların adları daxil edilib: Mustafa Pekdemek, Mitroviç, Aras Özbiliz və Denys Boyko
 
Qeyd edək ki, son çempion "Beşiktaş" hazırda liqada arxada qalan 11 turdan sonra turnir cədvəlində 21 xalla üçüncü pillədə qərarlaşıb və lider "Qalatasaray"dan beş xal geri qalır.
BÜTÜN XƏBƏRLƏR
ARXİV