Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
8 Fevral 2018, 07:00
1637
Bunların hamısı Messini Çin klubuna aparmaq üçün imiş - İDDİA

Argentinalı futbolçular - Ezekiel Lavezzi və Xavyer Maskeranonu heyətinə cəlb edən Çinin “Hebey Çayn Forçun” klubunun əsl məqsədi bəlli olub.

Sportlife.az xəbər verir ki, Çin klubunun əsas istəyi Messini transfer etməkdi və bu 2 futbolçu da hücumçunu razı salsınlar deyə komandaya cəlb olunub. Bu iddia ilə İspaniya mətbuatı çıxış edib. Xəbərdə ötən il Messiyə həftəlik 2 milyon avro təklif edildiyi, lakin 30 yaşlı futbolçunun təklifi rədd etdiyi də qeyd olunub.

Çinlilər isə Messiyə növbəti təkliflərini etməyə hazırlaşırlar. Onların Barselona”nın Messi üçün müəyyənləşdirdiyi 700 milyon avro transfer haqqını da ödəməyə hazır olduğu deyilir.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK