Dembele Barcelonani 10 milyon avro gabaga saldi, Dortmund Borussiyasindan...

Dembele Barselonanı 10 milyon avro qabağa saldı

  • 20 Sentyabr 2017, 09:00

Bildiyiniz kimi "Barselona"da Osman Dembele sıradan çıxıb. Sportlife.az xəbər verir ki, gənc ulduz 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
 
20 yaşlı hücumçunun zədələnməsi "Barselona" üçün çox ciddi itki olsa da eyni zamanda "katolon klubu"nu 10 milyon avro qabağa salıb.
 
Belə ki, Dembele Dortmund "Borussiya"sından transfer edilərkən 105 milyon avro ödənilmiş, razılaşmaya əsasən daha 42 milyon bonus ödənilməsi "Barselona" tərəfindən qəbul edilmişdi. Ancaq artıq Dembele uzun müddətli zədələndiyi üçün bu mövsüm 50 oyuna çıxa bilməyəcək. Buna görə də La Liqa 10 milyon daha az - 35 milyon avro bonus ödəyəcək.

Paylaş: