Barselona - Koutinyo, Dembele meselesinde son durum , yaxin gunlerde heyetini yeni futbolcularla guclendire biler

Barselona - Koutinyo, Dembele məsələsində son durum

  • 18 Avqust 2017, 12:00

“Barselona” yaxın günlərdə heyətini yeni futbolçularla gücləndirə bilər.

Sportlife.az xəbər verir ki, İspaniya mətbuatına danışan klubun baş meneceri Pep Sequra Filip Koutinyo üçün “Liverpul”la, Usman Demebele üçün isə “Borussiya”yla danışıqlar apardıqlarını və onları transfer etməyə yaxın olduqlarını bildirib:

“Heyətimizi yaxın günlərdə gücləndirəcəyik. Koutinyo və Dembele transferini gerçəkləşdirməyə çox yaxınıq. Ümid edirik ki, onlar “Barselona”nın formasını geyinəcəklər”.

Qeyd edək ki, “Barselona”nın təklifini hər iki futbolçunun klubu rədd edib.


Paylaş: