Dəniz Yılmaza ehtiyac duyulmadı

Dəniz Yılmaza ehtiyac duyulmadı

  • 19 Fevral 2018, 23:39

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir. Sportlife.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Göztəpə” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Dəniz bu oyunun iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 25 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.


Paylaş: