Derbi oncesi Besiktasa iki sad xeber, Fenerbagca ile...

Derbi öncəsi Beşiktaşa iki şad xəbər

  • 20 Sentyabr 2017, 15:00

"Beşiktaş" Türkiyə Superliqasının altıncı turu çərçivəsində səfərdə "Fənərbağça" ilə keçirəcəyi oyun öncəsi zədəli futbolçularından sevindirici xəbərlər alıb.
 
Sportlife.az xəbər verir ki, "qara-qartal"ın "Konyaspor"la keçirdiyi matçda zədələnən iki futbolçusu - Alvaro Neqredo və Adriano Korreya İstanbul derbisində meydanda ola biləcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yayımlanan açıqlamada Neqredonun "Fənərbağça"ya qarşı forma geyinməsində heç bir tibbi maneə olmadığı bildirilib. Adrianonun isə müalicəsinə başlanıldığı və sözü gedən matça qədər hazır olması gözlənildiyi qeyd edilib.
 
Xatırladaq ki, "Beşiktaş"la "Fənərbağça" arasında baş tutacaq İstanbul derbisinin start fiti sentyabrın 23-ü çalınacaq.

Paylaş: