14 Noyabr 2017, 22:53
129
Didye Drogbadan vida aciglamasi, Galatasaray...
Əfsanəvi futbolçu Didye Droqba futbolla vidalaşmağa hazırlaşır. Sportlife.az xəbər verir ki, bu barədə 39 yaşlı hücumçunun özü məlumat verib. Droqba açıqlamasında növbəti mövsümün onun üçün sonuncu olacağını deyib:
 
"Gələn il sonuncu mövsümüm olacaq. Hər kəsin dayanmalı olduğu gün əlbətdə gələcək. Ağlımda başqa layihələr var. 39 yaşımda hələ də futbol oynaya bilmək gözəldi. Ancaq yaş məsələsi artıq məni dayandırır. Bunu hiss edirəm".
 
Xatırladaq ki, "Çelsi"də ulduzu parıldayan kot-d`ivuarlı futbolçu "zadəganlar"la 4 liqa və 4 FA kubokunu və Çempionlar Liqasını qazanıb. "Qalatasaray"da həm liqa, həm də Türkiyə kuboku çempionu olub. 2016-cı ildə "United Soccer League"də mübarizə aparan "Finiks Rayzinq"i alaraq Amerikada ilk klub sahibi futbolçu olub.
BÜTÜN XƏBƏRLƏR
ARXİV