14 Noyabr 2017, 10:06
102
Draksler Bavariyaya redd cavabi verdi, PSG
Son zamanlar PSJ-nin alman üzvü Yulian Drakslerin adı "Bavariya" ilə hallanırdı. Sportlife.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin özü yayılan iddialara münasibət bildirib.
 
Draksler Parisdə xoşbəxt olduğunu və Bundesliqaya qayıtmaq kimi bir fikirdə olmadığını deyərək söz-söhbətlərə son qoyub: "Klubumdan ayrılmağı heç ağlımın ucundan da keçirmirəm. PSJ-nin bu mövsüm çox böyük hədəfləri var və mən də digər bütün komanda yoldaşlarım kimi diqqətimi bu hədəfləri gerçəkləşdirməyə cəmləmişəm".
 
Draksler Bundesliqanın hər zaman diqqətini çəkdiyini etiraf etsə də, "Nə tezliklə, nə də gələcəkdə Bundesliqaya qayıtmaq kimi bir fikrim yoxdu" - deyib.
 
Xatırladaq ki, Yulian Draksler cari mövsümdə PSJ forması ilə hələ ki, 14 rəsmi matçda meydana çıxıb. Bu qarşılaşmalarda ümumilikdə 2 qol vurub və 4 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
BÜTÜN XƏBƏRLƏR
ARXİV