Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
9 Yanvar 2018, 00:45
1028
Ən səs-küylü QIŞ TRANSFERLƏRİ

Koutinyo - "Barselona"

Hələlik qış transfer dövrünün ən bahalı transferini "Barselona" gerçəkləşdirib. Kataloniya təmsilçisi "Liverpul"un oyunçusu Koutinyonu 160 milyon avro qarşılığında rənglərinə bağlayıb.

 

Ross Barkli - "Çelsi"

"Çelsi" "Everton"dan Ross Barklini 15 milyon avroya transfer edib.

 

Cenk Tosun - "Everton"

"Everton" 22 milyon avro ödəyərək "Beşiktaş"ın futbolçusu Cenk Tosunu heyətinə cəlb edib.

 

Uesli Sneyder - "Əl-Qarafa"

Bülənt Uyğunun çalışdırdığı Qətərin "Əl-Qarafa" klubu Uesli Sneyderlə anlaşıb.

 

 Adrien Silva - "Lester"

 

"Lester" "Sportinq"dən Adrien Silvanı 24.5 milyon avro müqabilində öz heyətinə qatıb.

 

 Virgil Van Diyk   - "Liverpul"

"Liverpul" Virgil Van Diykə görə "Sautqempton"a 85 milyon avro ödəyib.

 

 Sandro Vaqner - "Bavariya"

 

"Bavariya" "Hoffenhaym"ın futbolçusu Sandro Vaqneri 12 milyon avro qarşılığında transfer edib.

 

 Mario Gomes - "Ştutqart"

 

 "Volfsburq"un futbolçusu Mario Qomesi 3.5 milyon avroya "Ştutqart"a transfer edilib.

 

 Dieqo Kosta - "Atletiko Madrid"

 

"Atletiko Madrid" keçmiş futbolçusu Dieqo Kostanı 55 milyon avro ödəyərək geri qaytarıb.