Ernesto Valverdeden Ardaya yasil isig, Barselonadaki...

Ernesto Valverdedən Ardaya yaşıl işıq

  • 19 Sentyabr 2017, 13:00

Bildiyiniz kimi Arda Turanın "Barselona"dakı gələcəyi hələ də sual altındadı. Ancaq baş məşqçi Ernesto Valverdenin son açıqlaması məsələyə bir qədər aydınlıq gətirib.
 
Sportlife.az xəbər verir ki, təcrübəli mütəxəssis keçirilən mətbuat konfransında Arda ilə bağlı sualı cavablandırıb. Valverde türk ulduzun komandanın bir parçası olduğunu deyib:
 
"Ümumi baxış olaraq bütün futbolçular komandanın bir parçasıdı. Arda da bunlardan biridi. Mövsüm uzundu. Bərabər davranmağa çalışıram. Əgər faydalı olacağına inanarsam, əlbətdə o da komandaya daxil olacaq".

Paylaş: