Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
8 Fevral 2018, 09:00
165
Evra yenidən İngiltərədə - FOTO

 Patris Evra karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportlife.az xəbər verir ki, Fransa yığmasının sabiq müdafiəçisi “Vest Hem”lə anlaşıb. 36 yaşlı futbolçu ingilis klubuna azad agent kimi transfer olunub. Tərəflər mövsümün sonunadək müqavilə imzalayıblar.

Qeyd edək ki, Evra “Mançester Yunayted” , "Yuventus” , “Nitsa” , “Monako” və “Olimpik” (Marsel) klublarında oynayıb.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK