7 Dekabr 2017, 03:00
1456
FİFA-dan SENSASSİON QƏRAR - Dünya çempionatı bu ölkədən alınır

 2022-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququ Qətərdən alına bilər.

Sportlife.az xəbər verir ki, FİFA bu qərarı Qətərin çempionatı rüşvət hesabı alması iddialarına əsasən verməyi planlaşdırır. Bu barədə xəbər Meksikanın “Record” qəzetində yayımlayıb.

Belə olacağı təqdirdə, çempionat ABŞ, Kanada və Meksikanın ortaq işbirliyi ilə təşkil ediləcək.

Qeyd edək ki, böyük və bahalı stadionlar inşa etdirən Qətər artıq turnirin hazırlıqlarına başlayıb.