FİFA qış transfer pəncərəsini ləğv edir?

FİFA qış transfer pəncərəsini ləğv edir?

  • 17 Fevral 2018, 14:58

FİFA prezidenti Canni İnfantino yeni təklif irəli sürüb.

Sportlife.az xəbər verir ki, “Football Italia” yaydığı məlumata görə, qurumun rəhbəri qış transfer pəncərəsini ləğv edilməsini istəyib. O, həmçinin klublarda oyunçu sayının azaldılması və məvacib məhdudiyyətinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.

Təkliflər fevralın 28-də FİFA-nın İcraiyyə Komitəsində də müzakirəyə çıxarılacaq.


Paylaş: