FİFA-ya garsi 100 milyon dollarlig mehkeme isi acildi, brazil

FİFA-ya qarşı 100 milyon dollarlıq məhkəmə işi açıldı

  • 20 Dekabr 2017, 21:34

FİFA məhkəməyə verilib. Sportlife.az xəbər verir ki, buna matçlarda görüşün baş hakimlərinin istifadə etdiyi yox olan sprey səbəb olub.
 
Braziliyalı iş adamı Heyne Allemaqne sözü gedən spreyin müəllif hüququnun ona aid olduğunu iddia edib. Bu barədə "New York Times" nəşri məlumat yayıb. Qəzetin yazdığına görə Allemaqne FİFA-nı məhkəməyə şikayət edib və 100 milyon dollar təzminat tələb edib.
 
Bildiyiniz kimi sprey 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatından etibarən istifadə edilir. İş adamının iddiasına görə mundialdan 5 ay əvvəl FİFA patenti 500 min dollar qarşılığında almaq istəsə də razılıq əldə olunmayıb. O, məsələ ilə bağlı açıqlamasında, "FİFA fikrimi oğurladı. Bu fair play`ə zid bir hərəkətdi" - deyib.
 
Qeyd edək ki, işə Rio de Janeyrodakı bir məhkəmədə baxılır. Məhkəmənin qərarına əsasən FİFA matçlarda həmin spreyin istifadəsini dayandırmalıdır. Əgər davam edilərsə spreyin istifadə olunduğu hər matç üçün 15 min dollar cərimə olunacaq.

Paylaş: