14 Noyabr 2017, 23:46
420
İlkay: Mesge serxos gelirdik, Manchester city
"Mançester Siti"nin türk əsilli alman üzvü İlkay Gündoğan maraqlı açıqlaması ilə diqqət çəkib. Sportlife.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sabiq klubu Dortmund "Borussiya"sındakı uğurlu günlərindən bəhs edib.
 
O zaman bəzən məşqlərə sərxoş halda gəldiklərini etiraf edən İlkay, bunun onları daha çox bir-birlərinə bağladığını deyib: "Matçlardan sonra 8-10 nəfər əyləncəyə getməyə öyrəşmişdik. Çoxumuz sabahısı gün də ayılmamış olurduq. Məşqə sərxoş gəlirdik. Ancaq bu komandanı bir-birinə daha da yaxınlaşdırdı".
 
Xatırladaq ki, İlkay Gündoğan Dortmund "Borussiya"sının formasını ümumilikdə 157 dəfə geyinib. Bu müddət ərzində 15 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
BÜTÜN XƏBƏRLƏR
ARXİV