İngiltere nehengi bu futbolcu ucun 110 milyon avro odemeye hazirdi, Manchester united

İngiltərə nəhəngi bu futbolçu üçün 110 milyon avro ödəməyə hazırdı

  • 11 Dekabr 2017, 21:56

"Mançester Yunayted" qış transfer pəncərəsinin ən səs-küylü keçidini reallaşdırmağa hazırlaşır. Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" bunun üçün kassasından 110 milyon avro ayırıb.
 
Premyer Liqa nəhənginin hədəfindəki oyunçu isə "Latsio"nun serbiyalı üzvü Sergey Milinkoviçdi. Bu barədə "Sunday Express" məlumat yayıb. İddiaya görə 22 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" və "Mançester Siti" də yaxından maraqlanır. "Qırmızı şeytanlar" isə artıq xeyli vaxtdır ki, təmsilçilərini "Latsio"nun oyunlarına göndərərək gənc ulduzu müşahidə edir və qışda bu keçidi yekunlaşdırmağa qəti qərarlıdı.
 
Qeyd edək ki, Sergey Milinkoviç cari mövsümdə "Latsio" forması ilə hələ ki, 18 matçda meydana çıxıb. Bu qarşılaşmalarda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Milinkoviçin klubu ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.

Paylaş: