İtaliya nehengi Cenk Tosuna elci dusdu, Juventus

İtaliya nəhəngi Cenk Tosuna elçi düşdü

  • 23 Noyabr 2017, 21:56

"Beşiktaş"ın bu mövsüm uğurlu performansı ilə Avropanın bir çox klubunun diqqətini cəlb edən türk üzvü Cenk Tosunun "elçiləri"nin sayı artmaqdadı.
 
Sportlife.az xəbər verir ki, "Kristal Pelas" və "Nyukasl Yunayted"dən sonra bu dəfə "Yuventus" 26 yaşlı hücumçunu transfer siyahısına daxil edib. Bu barədə "Milliyet" nəşri məlumat yayıb. Qəzetin iddiasına görə "qoca sinyora" qışda "ağ-qara"ların qapısını döyəcək. "Yuventus"un Cenk üçün 15 milyon avro təklif edəcəyi gözlənilir. Ancaq "Beşiktaş"ın prezidenti Fikret Orman daha əvvəlki açıqlamasında təcrübəli futbolçunun dəyərinin 20 milyon avro olduğunu dilə gətirmişdi.
 
Qeyd edək ki, Cenk Tosun bu mövsüm hələ ki, 17 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş: