Kamranla Eminin sabiq komanda yoldaşı öldü

Kamranla Eminin sabiq komanda yoldaşı öldü

  • 25 Dekabr 2017, 10:18

Portuqaliyanın “Boavista” klubunun hücumçusu Edu Ferreyra dünyasını dəyişib. Sportlife.az xəbər verir ki, bu barədə Portu təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, 20 yaşında həyata vida edib. Futbolçunun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Ağır xəstəlik onda 2016-cı ilin noyabrında – “Boavişta” ilə müqavilə bağladıqdan bir neçə ay sonra aşkar olunub.

Qeyd edək ki, millimizin futbolçuları - Kamran Ağayev və Emin Mahmudov da “Boavişta”da çıxış ediblər.


Paylaş: