La Ligada novbeti bas mesgci ayriligi, sevilla

La Liqada növbəti baş məşqçi ayrılığı

  • 23 Dekabr 2017, 21:06

İspaniya La Liqasında baş məşqçi ayrılığı yaşanıb. Sportlife.az xəbər verir ki, "Sevilya" rəhbərliyi ciddi addım atıb.
 
La Liqa təmsilçisi Eduardo Berizzo ilə yollarını ayırıb. Xərçəng xəstəliyindən müalicə olunduqdan sonra 48 yaşlı argentinalı mütəxəssis dekabrın 15-də komandanın sükanı arxasına keçmişdi. Bir həftə sonra isə təcrübəli mütəxəssis vəzifəsindən azad edilib.
 
"Sevilya" Eduardo Berizzo rəhbərliyində liqada keçirdiyi 3 matçda cəmi bir xal toplaya bilib. Lider "Barselona"dan 16 xal geri qalan komanda turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Çempionlar Liqasında 1/16 finala yüksəlməyi bacaran "Sevilya" bu mərhələdə "Mançester Yunayted"ə rəqib olub.

Paylaş: