Madrid Reali ile bagli sual Neymari hirslendirdi, PSG

Madrid Realı ilə bağlı sual Neymarı hirsləndirdi

  • 23 Noyabr 2017, 23:33

PSJ Çempionlar Liqasındakı növbəti matçında "Seltik"lə üz-üzə gəlib və görüş Paris təmsilçisinin 7:1 hesablı əzici üstünlüyü ilə yekunlaşıb. Sportlife.az xəbər verir ki, həmin dueldə dubl edən Neymarın qələbə sevinci isə çox çəkməyib.
 
Braziliyalı ulduz matçdan sonra sualları cavablandırıb. Bir jurnalistin Almaniyanın Braziliyanı məğlub etdiyi oyuna işarə edən, "7:1 hesabı sizə nəyi xatırladıq?" - sualı Neymarın əhvalının korlanmasına səbəb olsa da o, təmkinini itirməyib:
 
"Yenəmi mənə o günü xatırladırsız? Heç imtina etməyəcəksiz? Mən hazırda "Seltik" matçı və nəticəsinə görə xoşbəxtəm. Vacib olan budu. Lövhədə nə yazdığı yox. Gözəl xəbərlər satılmır, düzdü? İnsanlar sizin fikrinizcə pislərə maraq duyurlar. Ancaq mən artıq yaxşıları görmək istəyirəm"
 
Sonda Madrid "Real"ına transferi ilə bağlı sual isə Neymarın səbrinin daşmasına səbəb olub: "Lənət olsun! Həddindən artıq danışırsız" - deyərək jurnalistlərdən uzaqlaşıb.

Paylaş: