Madrid Realinda yeni transfer zedelendi, Teo Hernandez siradan...

Madrid "Real"ında yeni transfer zədələndi

  • 20 Sentyabr 2017, 13:00

Madrid "Real"ı ciddi itki ilə üzləşib. Sportlife.az xəbər verir ki, komandanın yeni transferlərindən biri olan Teo Hernandes sıradan çıxıb.
 
19 yaşlı fransız müdafiəçinin çiyni çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yayımlanan açıqlamada gənc futbolçunun çiynində qismən çıxıq beydana gəldiyi və müalicəsinə başlanıldığı bildirilib. Hernandesin nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı barədə məlumat verilməsə də İspaniya mətbuatı təxminən 3 ay komandasına kömək edə bilməyəcəyini yazıb.
 
Xatırladaq ki, Teo Hernandes "kral klubu"nun forması ilə 3 rəsmi matçda meydana çıxıb və 196 dəqiqə mübarizə aparıb.

Paylaş: