14 Noyabr 2017, 05:00
67
Maradona emeliyyat olundu, Argentina...
Argentinalı əfsanəvi veteran futbolçu Dieqo Armando Maradona bıçaq altına uzanıb. Sportlife.az xəbər verir ki, Maradona sol çiynindən əməliyyat olunub.
 
Bu barədə veteran futbolçunun özü məlumat verib. O, "facebook" sosial şəbəkəsindəki şəxsi hesabından yayımladığı açıqlamada, "Çox əvvəldən keçirilməli olan əməliyyatdı, ancaq fərqli səbəblərə görə tez-tez təxirə salmalı oldum. Əməliyyat 1.5 saat davam etdi. Allaha şükür ki, yaxşıyam. Hər kəsə qucaq dolusu sevgilər" - deyib.
 
Xatırladaq ki, Dieqo Armando Maradona hazırda baş məşqçilik karyerasına Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fujairah" klubunda davam edir.
BÜTÜN XƏBƏRLƏR
ARXİV