Mario Gomez geri gayidir: Resmən aciglandi, bundesliga

Mario Qomez geri qayıdır: Rəsmən açıqlandı

  • 22 Dekabr 2017, 23:33

"Volfsburq"un alman üzvü Mario Qomez karyerasını sabiq klubunda davam etdirəcək. Sportlife.az xəbər verir ki, 32 yaşlı hücumçu "Ştuttqart"a transfer olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yayımlanan açıqlamada keçidin 3 milyon avroya başa gəldiyi bildirilib. Transfer qış fasiləsinin başlaması ilə yekunlaşdırılacaq. Bu zaman "Ştuttqart"dan Josip Brekalo da Qomezin əksinə, "Volfsburq"a keçəcək.
 
Xatırladaq ki, 2003-2009-cu illər ərzində 142 matçda "Ştuttqart" forması geyinən Mario Qomez 76 qol vurub və bir Bundesliqa çempionluğu yaşayıb.

Paylaş: