14 Noyabr 2017, 07:00
903
Marko Asensio Manchester Yunaytedin tarixine duse biler, Real...
Neymarın PSJ-yə 222 milyon avroya keçidindən sonra ətrafda dəyəri 100 milyonu ötən transfer iddiaları bir-birini əvəz etməyə başlayıb. Sportlife.az xəbər verir ki, bunlardan sonuncusu "Mançester Yunayted"lə bağlıdı.
 
İddiaya görə Madrid "Real"ının ispaniyalı üzvü Marko Asensio "qırmızı şeytanlar"ın maraq dairəsinə düşüb. Bu barədə İspaniyanın "Don Ballon" jurnalı məlumat yayıb. Jurnalın yazdığına görə klub rəhbərliyi baş məşqçi Joze Mourinyonun istəyi ilə 21 yaşlı hücumçunun transferi üçün çalışmalara başlayıb.
 
"Mançester Yunayted" "kral klubu"na 177 milyon funt-sterlinq təklif edəcək. Gənc futbolçunun özünə isə həftəlik 461 min funt-sterlinq təklif olunacaq. Əgər razılıq əldə edilərsə Asensio ilə 5 illik müqavilə imzalanacaq. Müqaviləyə əsasən Asensio yeni klubunda illik 24 milyon funt-sterlinq qazanacaq.
 
Xatırladaq ki, 2016-cı ilin yayında "Yuventus"dan Pol Poqbanı 89 milyon funt-sterlinqə transfer edən "Mançester Yunayted" Asensionun gəlişi ilə birlikdə, transferdə yeni klub rekordu qıra bilər.
BÜTÜN XƏBƏRLƏR
ARXİV