Mbappenin bu aciglamasi her kesi teeccublendirdi, psg

Mbappenin bu açıqlaması hər kəsi təəccübləndirdi

  • 20 Dekabr 2017, 07:00

PSJ-nin fransız üzvü Kilian Mbappe sürpriz açıqlama verib. Sportlife.az xəbər verir ki, Paris təmsilçisinin "Monako"dan 180 milyon avro qarşılığında transfer etmə haqqı ilə icarəyə götürdüyü 18 yaşlı hücumçu gələcək planlarından danışıb.
 
Gənc ulduz PSJ-dən ayrıla biləcəyinə işarə edib: "Karyeramla bağlı bəzi planlarım var idi, amma indiyədək hər şey planlarım xaricində və çox sürətli bir şəkildə reallaşdı. İki il ərzində haradamı olaram? Açığı, bilmirəm"
 
Mbappe futbolçu karyerasını başa vurduqdan sonra sabiq klublarında baş məşqçi işləmək istədiyini də sözlərinə əlavə edib.

Paylaş: