Mourinho caresiz galib?, Manchester United

Mourinyo çarəsiz qalıb

  • 25 Noyabr 2017, 11:00

Bildiyiniz kimi Maruan Fellainini "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatacaq və hələ ki, "qırmızı şeytanlar"ın heç bir müqavilə yeniləmə təklifini qəbul etməyib. Sportlife.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin adı tez-tez başqa klublarla hallanır.
 
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo belçikalı ulduzun komandadakı gələcəyini şərh edib. Mourinyo bu məsələnin ondan asılı olmayan bir şey olduğunu deyib:
 
"Oyunçu ilə rəhbərlik arasında bir görüşmə olur. Mənim edə biləcəyim bir şey yoxdu. Mən müqavilə danışıqlarına qarışmıram. İki tərəfə də hörmətlə yanaşıram. Oyunçuya hörmət edirəm, çünki öz gələcəyi barədə qərar verməyə haqqı var. Kluba hörmət edirəm, çünki danışıqlar müəyyən çərçivədə davam edir. Bu səbəblə gözləyərəm. Mənim əlimdə olmayan şeylərdi bunlar".
 
Xatırladaq ki, "Beşiktaş" klubu da Maruan Fellaini ilə danışıqlar apardığını açıqlamışdı.

Paylaş: