Mourinyo daha cox pul teleb edir, Manchester United

Mourinyo daha çox pul tələb edir

  • 27 Dekabr 2017, 22:15

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo klubun transfer siyasəti barədə danışıb. Sportlife.az xəbər verir ki, əzəli rəqibləri və hazırda liqada lider olan "Mançester Siti"yə işarə edən Mourinyo, daha böyük büdcəyə ehtiyacları olduğunu deyib:
 
"Mançester Siti" müdafiəçi üçün hücumçu pulu xərcləyir. 300 milyon funt-sterlinq yetməz. Böyük klublar tarixləri səbəbiylə transferdə cəzalandırılırlar. Böyük klub ilə böyük futbol komandası fərqli şeylərdi".
 
Xatırladaq ki, "Mançester Siti" son iki mövsümdə transferə xərclədiyi 400 milyonun 120-sini müdafiəçilər üçün ödəyib. "Qırzımı şeytanlar" isə transferə ümumilikdə 286 milyon funt-sterlinq xərcləyib.

Paylaş: