Mourinyo Kantonanin tengidine cavab verdi, Manchester united

Mourinyo Kantonanın tənqidinə cavab verdi

  • 25 Noyabr 2017, 13:00

"Mançester Yunayted"in oyun tərzi tənqid olunur. Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiə futbolu oynadığını düşünən Erik Kantona da həmin tənqidçilər sırasına daxil olub.
 
"BBC" telekanalında bir verlişə qonaq olan əfsanəvi veteran futbolçu hazırkı oyunun "Mançester Yunayted"in kimliyinə zidd olduğunu deyib: "Karyeram ərzində hər zaman hücum futbolu oynamağa çalışan komandalarda yer aldım və buna öyrəşdim. Mourinyonun oynatdığı futbol daha çox müdafiəyə meyillidi. Bu "Mançester Yunayted"in kimliyinə uyğun bir fəlsəfə deyil".
 
Mourinyonun tənqidi yanaşmaya cavabı gecikməyib. Portuqaliyalı mütəxəssis Kantonanın bu fikirləri ilə razı olmadığını belə izah edib:
 
"Ötən həftə oynadığımız "Nyukasl"la matça Martial, Raşford, Poqba, Mata və Lukaku ilə çıxdıq. Belə bir komandanın müdafiəyə meyilli oynadığını deyə bilmərsiz. Açığı liqada bizdən daha istəkli oynayan komanda varmı bilmirəm".
 
Qeyd edək ki, "Mançester Yunayted" vurduğu 27 qolla cari mövsümdə liqanın ən çox qol vuran ikinci komandasıdı.

Paylaş: