Mourinhodan Manchester Yunayted azarkeslerini meyus eden aciglama, Manchester city

Mourinyodan Mançester Yunayted azarkeşlərini məyus edən açıqlama

  • 11 Dekabr 2017, 21:06

"Mançester Yunayted" Premyer Liqanın son turunda öz meydanında "Mançester Siti" ilə qarşılaşıb və məğlub (1:2) olub. Sportlife.az xəbər verir ki, matçın final fiti ilə birlikdə lider "şəhərlilər"lə xal fərqi də rəsmən 11-ə yüksəlib.
 
Oyundan sonra jurnalistlərə açıqlama verən "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo heç də ümidverici danışmayıb. Portuqaliyalı mütəxəssis çempionluqdan əlini üzüb.
 
Bir jurnalistin, "Çempionluq yarışı bitdimi?" - sualına, "Böyük ehtimalla bəli" - cavabını verən Mourinyo sözlərinə belə davam edib: "Mançester Siti" çox yaxşı komandadı. Futbol tanrıları və şans mələkləri də onların yanındadı. Hər kəsin xal fərqini azaltmaq üçün çalışacağını düşünürəm, amma "Mançester Siti" böyük bir üstünlük əldə etdi".
 
Qeyd edək ki, bu məğlubiyyətlə "Mançester Yunayted"in "Old Trafford"dakı 40 oyunluq məğlubiyyətsizlik seriyası da başa çatıb.

Paylaş: