Neftçinin sabiq forvardı Çili klubunda

Neftçinin sabiq forvardı Çili klubunda

  • 14 Yanvar 2018, 12:53

“Neftçi”nin keçmiş hücumçusu Nikolas Kanalesin yeni iş yeri bəlli olub. Sportlife.az xəbər verir ki, çilili futbolçu karyerasını vətənində davam etdirəcək.

O, B divizion təmsilçisi “Reyncers”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, karyerası ərzində “Palestino”, “Kolo Kolo”, ÇFR (Rumıniya), “Krılya Sovetov” (Rusiya) kimi komandalarda top qovmuş Kanales, 3 mövsümdə (2012/13, 2014/15, 2015/16) “Neftçi”nin uğurları üçün çalışıb. Çilili forvard “ağ-qaralar”ın heyətində keçirdiyi 92 oyunda 45 qola imza atıb.

 


Paylaş: